İsmayıllı rayonunda hazırlanan startap “İdeyadan biznesə” (“I2B”) layihəsində uğur qazanıb. Bu barədə ShimalNews 14 noyabr tarixində “Regional İnkişaf” İctimai Birliyinə istinadən məlumat verir.

“EduTech” sahəsində formalaşdırılan “TutorLab” startapı Lənkəran şəhərində keçirilən seçim mərhələsində finalda iştirak etmək hüququnu qazanıb. Onun köməkliyi ilə şagirdlərin qiymətləndirilməsinə nəzarət imkanı yaradılır. Beləliklə, təhsil keyfiyyətinin artırılması təmin olunub.

“İdeyadan biznesə” layihəsinin inkubasiya proqramında 100-dən çox layihə formalaşmış, onlardan 30-u konsept, prototip və ya minimal işlək məhsul mərhələsinə çatdırılmışdır.