İsmayıllıda gənclər üçün həftəlik fəaliyyət planı təqdim olunub. Bu barədə ShimalNews 14 noyabr tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinə (GİKM) istinadən məlumat verir.

GİKM-in rayon nümayəndəliyində görüləcək işlərin cədvəli aşağıda təqdim olunur:

– 15 noyabr 15:00-da “Ekosistemlərin qorunması klubu”, “Trashtag” aksiyası;

– 16 noyabr saat 15:00-da “0-dan başla” fəaliyyətləri, “Canva” proqramının ilkin anlayışları;

– 17 noyabr saat 15:00-da “Dünəndən bu günə Azərbaycan” görüşü;

– 18 noyabr saat 11:00-da “Mərkəzə doğru” mərkəzimiz haqqında təqdimat.