Xaçmaz rayonunun dənizkənarı ərazilərində təmizlik aksiyası keçirilib. Bu barədə ShimalNews 12 noyabr tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

Mənzil-kommunal təsərrüfatı idarəsinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və bələdiyyənin işçiləri və yerli sakinlər sahilboyu iməcilikdə iştirak ediblər.

Burada yığılan tullantılar, dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb. Toplanan zibil qalıqlarının xüsusi texnikalarla daşınması təmin edilib.