Xaçmazdan olan Vətən müharibəsi şəhidi Kərəm Veyisovun anım mərasimi baş tutub. Bu haqda ShimalNews 12 noyabr tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Mərasim Qaraqurtlu kəndində keçirilib. Buraya toplanan şəhidin dostları, ailə üzvləri, şəhid ailələri, qazilər, hərbçilər, Xaçmaz İH-nin nümayəndələri Azərbaycanın tanınmış idmançının ruhuna dualar oxuyub, xatirəsini anıblar.

Kərəm Veyisov 22 yaşında Şuşa döyüşləri zamanı müharibənin bitməsinə sayılı saatlar qalan bir vaxtda mərminin partlaması nəticəsinfə şəhidlik zirvəsinə ucalıb.

Kərəm Veyisovun kikboksinq üzrə 3 qat dünya çempionu adına layiq görülüb.