“Şirvanovka” rəqibini Qusarda qəbul edəcək. Bu barədə ShimalNews 12 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Region Liqasının 1-ci turu çərçivəsində baş tutacaq görüşdə komandamızın rəqibi Bakının “Dirçəliş” klubu olacaq. Matç noyabrın 13-ü, saat 13:00-da baş tutacaq.

Oyunun Şirvanovka stadionunda keçirilməsi nəzərdə tutulur.