“Qusar-2” hərbi şəhərciyi ərazisində aparılacaq bərpa işlərinin satınalınması üzrə müsabiqə keçiriləcək. Bu barədə ShimalNews 12 noyabr tarixində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən məlumat verir.

Açıq tender Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən keçirilir. 40 nömrəli idman kompleksinin binasında təmir işləri aparılacaq.

Müsabiqəyə noyabrın 14-ü start veriləcək. İştirak üçün ödəniləcək məbləğ 600 manat təşkil edir.

Əlaqəli şəxs Aysel Kazımova (aparıcı mühəndis) 012 525 17 93.
Elektron poçt: [email protected]