Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbində fövqəladə hallarla bağlı davranış qaydalarına dair maarifləndirmə aparılıb. Bu barədə ShimalNews 12 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Bu zaman fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib. Eləcə də FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.