Qubalı şəhid Musa Məhəmmədovun anasının halı yenə pisləşib. Bu haqda ShimalNews 12 noyabr tarixində məlumat verir.

Hadisə noyabrın 11-i saat 14:00 radələrində qeydə alınıb. Rübabə Məhəmmədova Təcili tibbi yardımın köməkliyi ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, terapiya şöbəsində stasionar müalicə alır.
Bu gün rayon rəhbərliyi tərəfindən şəhid anası ziyarət olunacaq.

Daha öncə, oktyabrın 26-sı Rübabə Məhəmmədovanın halı pisləşmişdir və o, Bakıda xəstəxanaya yerləşdirlmişdir.