Qubada Konstitusiya Günü ilə əlaqədar tədbir keçirilib. Bu haqda ShimalNews 12 noyabr tarixində Quba rayon Mərkəzi kitabxanasına istinadən məlumat verir.

Burada “Heydər Əliyev və müstəqil Azərbaycanın ilk konstitusiyası” adlı tədbir təşkil edilib. İştirakçılar müstəqil Azərbaycan Respublikasının əldə etdiyi bugünkü uğurların hüquqi başlanğıcında Azərbaycanın ilk konstitusiyasının dayandığı barədə danışıblar. Həmçinin Mərkəzi kitabxananın əməkdaşı Validə Əmiraslanova və kitabxananın fəal oxucusu Aynur Tağıyeva konstitusiyanın aliliyi, onun tarixi mahiyyəti, eləcə də hüquqi əsasları haqqında məlumat veriblər.

Sonda “Azərbaycan Konstitusiyası insan hüquqlarının təminatçısıdır” adlı sərgiyə baxış keçirilib.