Qubadan olan Vətən müharibəsi iştirakçısının toy məclisi keçirilib. Bu haqda ShimalNews 12 noyabr tarixində məlumat verir.

“Mübarək” şadlıq sarayında baş tutan mərasimdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və onun müavinləri, RİHB aparatının məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi və rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.

Məcsidə çıxış edən icra başçısı yeni ailə həyatı quran gənclərə xeyir-dua verib, onları öz adından, eləcə də RİH-nin kollektivi və rayon ictimaiyyəti adından təbrik edib.