Qubadan olan məktəblilin ailəsi “Qonağımız müəllimdir’’ layihəsinin qonağı olub. Bu haqda ShimalNews 12 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Çartəpə kənd tam orta məktəbinin 11-ci sinif şagirdi ilə görüşə sinif rəhbəri N.Piroğlanov, məktəbin psixoloqu N.Vəliyeva və fənn müəllimi N.Heybətova gəliblər. Məktəblinin ailəsinin sosial-psixoloji vəziyyəti anket sorğusu əsasında öyrənilib. Piroğlanov və Heybətova şagirdin valideyni ilə ilə təlim-tərbiyəsi haqqında müzakirələr aparılıb.

“Qonağımız müəllimdir’’ layihəsi Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən həyata keçirilir.