Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəyli İsmayıllıda vətəndaşları qəbul edəcək. Bu haqda ShimalNews 12 noyabr tarixində agentliyinə istinadən məlumat verir.

Görüş noyabrın 17-si, saat 11:00-da agentliyin İsmayıllı şəhər filialında (Heydər Əliyev parkının yanında) keçiriləcək.

Qəbul zamanı işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, haqqı ödənilən ictimai işlər, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə aid digər sahələrə dair məsələlərlə bağlı müraciətlər cavablandırılacaq.

Vətəndaşlar 15 noyabr saat 14:00-dək [email protected] elektron poçt ünvanına yazaraq və ya 020 285-12-73, 012 596-43-05 nömrələrinə zəng edərək növbəyə yazıla bilərlər.

Şəhid ailələrinin üzvləri, müharibə əlilləri, eləcə də digər imtiyazlı şəxslər növbədənkənar qəbul ediləcəklər.