6 fevral 1996-cı ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan olunub.

Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir 27 noyabr 1995-ci ildə isə qüvvəyə minmişdir. Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.

Azərbaycanın Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Ulu öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”