Rüfət Hacıyev Xaçmazda vətəndaşları qəbul edib. Bu haqda ShimalNews 11 noyabr tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə istinadən məlumat verir.

Quba-Xaçmaz RTİ-nin müdiri 6 nömrəli tam orta məktəbdə Xaçmaz rayonunda qeydiyyatda olan sakinlərlə görüşüb. Qəbulda işə qəbul, şagird yerdəyişməsi və təhsil haqqında sənədin verilməsi mövzuları səsləndirilib. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara izahatlar verilib.

Məsələlərin böyük hissəsi yerindəcə həll edilib. Bəzi müraciətlər isə araşdırılmaq üçün nəzarətə götürülüb.