Qusarda Əhməd Cavadın 130 illiyinə həsr olunmuş tədbirlər keçirilib. Bu haqda ShimalNews 11 noyabr tarixində Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə istinadən məlumat verir.

Qusar rayon Mərkəzi Kitabxanasında “Milli istiqlal şairi Əhməd Cavad” adlı tədbir və sərgi təşkil edilib. Tədbirdə kitabxana işçiləri və fəal oxucular iştirak ediblər. Burada çıxış edənlər Əhməd Cavadın Azərbaycanın ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustadı olmasından danışıblar.

Gənc oxucular böyük şairin şeirlərini, o cümlədən Türkiyənin hərbi marşına çevrilən “Çırpınırdı Qara dəniz” şeiri səsləndiriblər.