ADPU-nun Quba filialında təhsil alan tələbələr üçün İngilis dili danışıq klubu fəaliyyət göstərəcək.  Bu haqda ShimalNews 11 noyabr tarixində adıçəkilən universitetə istinadən məlumat verir.

15 noyabrdan etibarən klub ödənişsiz əsaslarla fəaliyyət göstərəcək. Qoşulmaq istəyən tələbələr link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Məşğələ hər həftənin II günü saat 15:00-da başlayacaq və 16:00-a qədər davam edəcək. Qrupda maksimum 20 nəfər olacaq.