12 Noyabr – Konstitusiya Günü ilə əlaqədar Qubada intellektual yarış keçirilib. Bu haqda ShimalNews 11 noyabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialına (ADPU) istinadən məlumat verir.

Yarış ADPU-nun Quba filialının və GİKM-in Quba nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” formatında keçirilib. Burada 10 komanda olmaqla 50 tələbə mübarizə aparıb.

Finalda qalib komanda “Sirius” olub. Onun üzvlərinin adlarını təqdim edirik:

  • Məhəmməd Hacıbalayev
  • Aytac Ağazadə
  • Nübar Məmmədova
  • Qızılgül Tağıyeva
  • Ələkbər Babayev.