Qubada istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam edir. Bu haqda ShimalNews 11 noyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.

Agentlik əməkdaşları tərəfindən bir sıra müəssisələrdə nöqsanlar müəyyən edilib. Bununla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti

Ünvan

Aşkar olunan nöqsanlar

Ticarət obyektləri

1“Azad” marketQuba rayonu, Zərdabi qəsəbəsiObliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2“Rəhman” marketQuba rayonu, Zərdabi qəsəbəsiObliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

İctimai iaşə müəssisələri

3“Quba Control” restoranıQuba şəhəri, Timiryazev küçəsiBaytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu