Qubalı məktəblilər xalçaçılıq sənəti ilə tanış olublar. Bu haqda ShimalNews 11 noyabr tarixində 5 nömrəli tam orta məktəbə istinadən məlumat verir.

Məktəbin peşəyönümü xidmətinin təşkili üzrə koordinatoru Qənirə Əliməmmədova şagirdlərlə birlikdə “Qədim Quba” xalçaçılıq müəssisəsinə səfər ediblər. Burada məktəblilər əllə xalça toxuma qaydaları ilə tanış olublar. Uşaqlara qədim Quba xalça növləri, xalçanın toxunma texnologiyaları haqqında geniş məlumat verilib.