Qaçaq Mayılın Mağarası Quba rayonunun Təngəaltı kəndində yerləşir.

Qaçaq Mayıl bu mağarada öz dəstəsi ilə məskən salıb, öz silah-sürsatlarını burada gizlətmişdir. O, düşmənlərini bu mağarada hədəfə alırdı. Həmçinin Mağarada Qaçaq Mayılın həyatı və igidliyi barədə məlumat lövhələri vurulub.

Mağaranın hündürlüyü 150 metr təşkil edir. Bu, təxminən 50 mərtəbəli binanın hündürlüyünə bərabərdir. Mağaraya qalxan yolda dolama pilləkənlər quraşdırılıb. Buna baxmayaraq, ora qalxmaq riskli hesab edilir. Pilləkənlərin sayı təxminən 250-dir.

Qaçaq Mayıl 1860-cı (1862, 1874) ildə Quba rayonunun Xaşı (digər mənbələrdə Buduq kəndində) anadan olub. O, XIX əsrin sonlarında – XX əsrin əvvəllərində Azərbaycanın şimal bölgəsindəki qaçaq hərəkatının lideri idi. Qaçaq Mayıl 1918-1920-ci illərdə Quba və Şamaxı qəzalarında erməni-daşnak dəstəsi və bolşeviklərə qarşı döyüşüb, bir çox kəndlərdə dinc sakinlərə qarşı qətliamların qarşısını alıb.

Qubada Qaçaq Mayılın məskən saldığı mağara
Photo Shimal.News
Qubada Qaçaq Mayılın məskən saldığı mağara
Photo Shimal.News
Qubada Qaçaq Mayılın məskən saldığı mağara
Photo Shimal.News
Qubada Qaçaq Mayılın məskən saldığı mağara
Photo Shimal.News

İstinad edilən mənbələr:

  • Tahir Həsənli. Qaçaq Mayıl dastanı. Bakı-2020.