Xaçmaz rayonu Palıdlı kənd tam orta məktəbinin şagirdləri şəhid ailəsini ziyarət ediblər. Bu haqda ShimalNews 8 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

İbtidai sinif şagirdləri Vətən müharibəsi şəhidi Orxan Ömərovun yaşadığı evdə olublar, valideyni ilə görüşüblər. Balaca qonaqlar şair şəhidimizin şeirlərini səsləndiriblər. Görüş zamanı igidimizin döyüş meydanında göstərdiyi qəhrəmanlıq və şücaətdən danışılıb.

Şagirlərin dilindən yazılan ürək sözləri və məktublar şəhid anasına təqdim olunub.

Görüş Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən “Ailə-İcma-Məktəb” layihəsinin “Bir ölərik, min dirilərik!” fəaliyyət istiqaməti çərçivəsində həyata keçirilib.