Xaçmazda Zəfər Gününə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib. Bu haqda ShimalNews 7 noyabr tarixində Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Yarış Xaçmaz UGİM-in idman zalında təşkil edilib. Birinciliyə 100-ə yaxın idmançı qatılıb. Qaliblər idarə tərəfindən müvafiq diplom və medallarla təltif olunublar.

Rayon birinciliyinin keçirilməsində məqsəd 8 Noyabr – Zəfər Gününün qeyd olunması, sərbəst güləş idman növünün inkişaf etdirilməsi və yeniyetmələr arasında vətənpərvərlik hissinin gücləndirilməsidir.