Quba rayonu, Qəçrəş kəndi ərazisində silah-sursat tapılıb. Bu haqda ShimalNews 7 noyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Polis əməkdaşları tərəfindən Qudyalçayın sol sahilində 1 ədəd əl qumbarası, 1 ədəd ov tüfəngi və 10 ədəd boş tüfəng gilizləri aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.