İsmayıllı Rayon Polis Şöbəsinin Post Patrul Xidməti avtomobilinin sürücüsünün sükan arxasında halı pisləşib və nəticədə qəza baş verib. Bu haqda ShimalNews 7 noyabr tarixində məlumat verir.

Polis serjantı R.Dadaşovun halı qəflətən pisləşib və nəqliyyat vasitəsi yolun kənarında dayanan 2 avtomobilə toxunub.

“Hadisə nəticəsində xəsarət alan olmasa da, halı pisləşən polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir”, – deyə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.