Qusarda Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Bu haqda ShimalNews 5 noyabr tarixində Qusar RİH-yə istinadən məlumat verir.
Aksiya İcra Hakimiyyəti tərəfindən təşkil olunub. Qusar-Əniq-Ləzə avtomobil yolunun kənarında əvvəlki illərdə əkilmiş və qurumuş ağaclar yeniləri ilə əvəz edilib. Ümumilikdə 250 ədəd tuya və 1200 müxtəlif növ yerli (akasiya, qovaq, çinar və s.) ağac tingi əkilib.
Samur-Şirvanlı-Xanoba avtomobil yolunun kənarında isə 500 ədəd tuya, 300 ədəd müxtəlif növ yerli, rayon ərazisində olan digər kəndlərarası yolların kənarlarında 1000 ədədə yaxın müxtəlif növ yerli ağac növlərindən olan ting əkilmişdir.
Aksiya çərçivəsində ümumilikdə rayon ərazisindəki avtomobil yollarının kənarlarında 3000-dən çox ağac əkilib.