Qubada stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirilib. Bu haqda ShimalNews 5 noyabr tarixində Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Birincilik 8 Noyabr – Zəfər Gününə həsr olunub. Yarışda 2007-2009 və 2011-2013-cü il təvəllüdlü idmançılar iştirak ediblər. Püşkatmadan sonra idmançılar arasında gərgin mübarizə başlayıb.

Birinciliyin sonunda qaliblər rayon Gənclər və İdman idarəsi tərəfindən medal və diplomlarla təltif ediliblər.