Quba rayon sakinləri qanunsuz balıq ovu ilə məşğul olublar. Bu barədə ShimalNews 5 noyabr tarixində DİN-in mətbuat xidmətinə istinadən məlumat verir.

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər keçirilib. Nəticədə Taxtakörpü su anbarı ərazisində Quba rayon sakinləri Elgün Məhərrəmov və Elşən Ramazanov saxlanılıblar.

Adıçəkilən şəxslər qadağan edilmiş yerdə tilovlarla qanunsuz balıq ovu ilə məşğul olublar. Onlarda 7 ədəd tilov və qanunsuz olaraq ovladıqları balıqlar aşkar edilib.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.