Qubada fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirilib. Bu haqda ShimalNews 5 noyabr tarixində Report-a istinadən məlumat verir.

Mətbuat Şurası, Audiovizual Şura və UNEC Tədqiqat Fondunun təmsil olunduqları görüşdə regional medianın inkişafına dair müzakirə aparılıb. Burada effektiv və zəruri addımların atılması, regional mediada sahə yeniliklərinin təbliğinin sürətləndirilməsi və bu prosesdə peşəkar kadrların yaxından iştirakı barədə danışılıb.