İsmayıllı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb. Bu barədə ShimalNews 5 noyabr tarixində Report-a istinadən xəbər verir.

Hadisə axşam saatlarında Basqal kəndi ərazisində baş verib. “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.