Quba rayonunda 6 ton ot bağlaması yanıb. Bu haqda ShimalNews 4 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Hadisə Qımılqışlaq kəndində baş verib. Ümumi sahəsi 180 kv.m olan talvarın yanar konstruksiyaları 4 kv.m sahədə və altına yığılan ot bağlaması yanıb.
Talvarın digər hissələri, ot bağlamalarının qalan 4 tonu və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.
Yanğın xilasedicilər tərəfindən söndürülüb.