Qubanın Yalavanc kənd sakini elektrik enerjisinə olan ehtiyacını təmin etmək üçün günəş panellərindən istifadə edir. Bu haqda ShimalNews 4 noyabr tarixində Apa TV-yə istinadən məlumat verir.
İldırım Məmmədov sözügedən günəş panellərini üç il əvvəl quraşdırıb. Onları almaq üçün fermer inəklərini satıb. İlk olaraq 8, daha sonra isə onların sayını 20-yə çatdırıb:
“Bu sistemi quraşdırana qədər 80-85 manat işıq pulu verirdim. Gündə xətlər qırılırdı, qaçıb elektriki çağırırdım. O da ki, öz aramızdır elə-belə işləmir ki! Onun da gərək növbəsinə durasan, ona da pul verəsən. İndi istehsalçı da, istehlakçı da özüməm. Qanun icazə versə, mən kənddə 2-3 evə elektrik enerjisi sata bilərəm”.
Onun sözlərinə görə, hazırda xərcləri azalıb, qəzalar baş vermir. Hətta bu cür hal olsa belə, avadanlıq özü sönür və bu barədə xəbərdarlıq edir.
İldırım Məmmədov ümid edir ki, gələcəkdə onu kimi alternativ enerjidən istifadə edən fermerlərin sayı çoxalacaq:
“ Bizdə elektrik xətləri çox yüklənir deyə, 170-190 volt olur. Bu texnikanın üstünlüyü odur ki, canı çıxana qədər 230 volt verir”.