İsmayıllıda sahibkarların maliyyə resurslarına çıxışla bağlı çətinliklərinin öyrənilməsinə dair görüş keçiriləcək. Bu barədə ShimalNews 3 noyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən məlumat verir.

Tədbir noyabrın 17-si, saat 11:00-da Gənclər evində baş tutacaq. Burada rayon icra hakimiyyəti, Sahibkarlığın İnkişafı Fondu, İqtisadiyyat Nazirliyi Dağlıq Şirvan regional bölməsi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Müvəkkil kredit təşkilatları, müvafiq sahibkarlar iştirak edəcəklər.

Əlavə məlumat üçün mobil nömrə (055) 500 12 17, elektron ünvan: [email protected]