“Şahdağ-Quba” idman klubunda yeniyetmələr və gənclər arasında sambo idman növü üzrə rayon birinciliyi keçirilib. Bu haqda ShimalNews 2 noyabr tarixində Quba rayon Gənclər və İdman İdarəsinə (Gİİ) istinadən məlumat verir.

Quba Gİİ-nin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr edilmiş yarış baş tutub. Birincilikdə 40-dan çox idmançı iştirak edib. Qaliblər diplomlarla təltif olunublar.

Yarışın keçirilməsində məqsəd Zəfər Gününün yeniyetmələr və gənclər arasında təbliği, idman növünün kütləviliyinin artırılması və perspektivli idmançıların aşkar edilməsidir.