Qubada gecə saatlarında piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Bu haqda ShimalNews 2 noyabr tarixində məlumat verir.

Hadisə saat 00:00 radələrində Heydər Əliyev prospekti və Camo bəy Hacınski küçəsinin kəsişməsinin yaxınlığında baş verib. Piyada zolağı olmayan yerdə orta yaşlı kişi yolu keçmək istəyib, bu vaxt “Ford” markalı yük avtomobili onu vurub. Şahidlər bildiriblər ki, xəsarət alan şəxs yerindəcə keçinib.

Əraziyə polis əməkdaşları cəlb olunublar.

Araşdırma aparılır.

Qubada yük avtomobili piyadanı vurub
Photo Shimal.News