Gecə saatlarında SDK-dan Bakı istiqamətində hərəkət edən yük avtomobili aşıb. Xəsarət alan Türkiyə vətəndaşı xəstəxanaya çatdırılıb. Bu haqda ShimalNews 1 noyabr tarixində məlumat verir.

Hadisə Şabran rayonu ərazisində yerləşən Azpetrol YDM-in yaxınlığında baş verib. “Mercedes” markalı yük avtomobilinin aşması nəticəsində sürücü xəsarət alıb. Onu Bakıda yerləşən xəstəxanaların birinə çatdırıblar.

Şahidlərin sözlərinə görə, avtomobil yüksək sürətlə hərəkət edib və arakəsməyə çarpılıb:

“Qəzadan sonra sürücünün qanaxması olub. Üst-başı bütün al qan idi. Amma o, ətrafdakı insanlara yaxınlaşıb pişiyini soruşurdu. O, hər zaman səfərə həmin pişiklə çıxıb. Pişik ona yol yoldaşı olub və qardaş kimi əzizdir. Tapan şəxsi mükafatlandıracağını deyib”.