Qubada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş qanvermə aksiyası keçiriləcək. Bu barədə ShimalNews 1 noyabr tarixində ASAN Könüllülərinə istinadən məlumat verir.
Aksiya Vətən müharibəsində ərazi bütövlüyümüz, eləcə də əmin-amanlığımız uğrunda qan tökmüş şəhidlərimizin xatirəsini yad etmək və qazilərimizə dəstək olmaq üçün keçiriləcək.
Tədbir noyabrın 4-ü, saat 11:00-da Quba regional “ASAN xidmət” mərkəzində olacaq.