Xaçmazda “Breyn-rinq” intellektual yarışı keçiriləcək. Bu haqda ShimalNews 31 oktyabr tarixində Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Yarış 8 Noyabr – Zəfər Gününə həsr olunub. Müsabiqə 5 noyabr saat 12:00-da Xaçmaz rayon Heydər Əliyev Mərkəzində baş tutacaq.
“Breyn – rinq”in keçirilməsində əsas məqsəd gənc nəslin elmə, intellektual yarışlara marağının artırılması, intellektual səviyyəsini, dünyagörüşünü artırmaq və gənclərimizin komanda şəklində işləmək bacarıqlarının inkişaf etdirilməsidir.