Quba, Xaçmaz, Şabran və digər bölgələrdə meşəyanğınları zamanı zərər çəkmiş ərazilərdə “Yanğından yaşıllığa” kampaniyası keçirilir. Bu haqda ShimalNews 31 oktyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Meşə sahələrinin bərpasına yönəlmiş kampaniya IDEA və ETSN tərəfindən təşkil edilir. İlk əkin tədbiri Şabranda baş tutub. Burada 2 hektar sahədə minlərlə palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş və akasiya ağacları və toxumları əkilib.