Gənclər və İdman Nazirliyi Xaçmaz, Quba və İsmayıllı üzrə idman həftəsinin cədvəlini açıqlayıb. Bu haqda ShimalNews 31 oktyabr tarixində nazirliyə istinadən məlumat veririk.

Afişanı təqdim edirik:

Xaçmaz

8 Noyabr – Zəfər Gününə həsr olunmuş cüdo üzrə rayon birinciliyi – 4 noyabr (Xaçmaz şəhər Uşaq-Gənclər İdman-Şahmat məktəbinin idman zalı);

8 Noyabr – Zəfər Gününə həsr olunmuş güləş üzrə rayon birinciliyi – 5 noyabr (Xaçmaz şəhər Uşaq-Gənclər İdman-Şahmat məktəbinin idman zalı);

8 Noyabr – Zəfər Gününə həsr olunmuş karate üzrə rayon birinciliyi – 6 noyabr (Xaçmaz şəhər Uşaq-Gənclər İdman-Şahmat məktəbinin idman zalı).

Quba

8 Noyabr – Zəfər Gününə həsr olunmuş sambo üzrə rayon birinciliyi – 1 noyabr saat 11:00 (Şahdağ-Quba idman klubu);

8 Noyabr – Zəfər Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında şahmat üzrə rayon birinciliyi – 2 noyabr (Şəhid Şahin Allahyarov adına Quba İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman-Şahmat məktəbi);

8 Noyabr – Zəfər Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında minifutbol üzrə rayon birinciliyi – 3 noyabr (Quba şəhəri, 28 May Mədəniyyət və İstirahət parkında yerləşən idman meydançası);

8 Noyabr – Zəfər Gününə həsr olunmuş stolüstü tennis üzrə rayon birinciliyi – 5 noyabr saat 11:00 (Quba Gənclər Mərkəzi).

İsmayıllı

Şəhid Novruz Həmzəyevin xatirəsinə həsr olunmuş kikboksinq üzrə rayon birinciliyi – 30-31 oktyabr saat 10:00 (İsmayıllı Olimpiya İdman Kompleksi);

“Zəfər Kuboku” – məktəblər arasında minifutbol üzrə rayon birinciliyi – 1-2 noyabr saat 10:00 (İsmayıllı Olimpiya İdman Kompleksi);

Zəfər gününə həsr olunmuş məktəblilər arasında atletika üzrə rayon birinciliyi – 4 noyabr saat 11:00 (İsmayıllı rayonu, İvanovka kəndi).