Sabah Qubada icra başçısı Ziyəddin Əliyev vətəndaşlarla səyyar görüş keçirəcək. Bu barədə ShimalNews 31 oktyabr tarixində məlumat verir.

Tədbir noyabrın 1-i və 2-si saat 11:00-da icra hakimiyyətinin akt zalında baş tutacaq. Burada rayon rəhbəri ilə yanaşı, dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər.

Sakinlər onları narahat edən məsələlərlə bağlı müraciət edə bilərlər.