Yolu keçən İsmayıllı sakinlərini avtomobil vurub. Bu haqda ShimalNews 31 oktyabr tarixində DİN-in mətbuat xidmətinə istinadən məlumat verir.

Hadisə oktyabrın 29-da saat 19:00 radələrində Abşeron rayonu ərazisində baş verib. Sumqayıt şəhər sakini T.Məhərrəmli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Aytəkin Fazilli və onun oğlu Xəyalı vurub.

Qəza nəticəsində hər 2 piyada hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.