Bakı-Quba yolunda çəkilmiş ət ilə dolu yük avtomobili qəzaya düşüb. Sürücü yüngül xəsarət alıb. Bu barədə ShimalNews 29 oktyabr tarixində xəbər verir.

Məlumata görə, hadisə gecə saatlarında magistralın Beşbarmaq adlanan ərazisində baş verib. Təmir işləri aparılan yolda T.İ.R. avtomobili qazılmış əraziyə düşüb.

Nəticədə sürücü yüngül xəsarət alıb. Ətrafa dağılan ət isə hazırda insanlar tərəfindən yığılır.


Bakı-Quba yolunda ətlə dolu T.İ.R. qəzaya düşüb
Photo Shimal.News