İsmayıllı rayonunda turizm imkanlarının araşdırılması məqsədilə bölgəyə səfər təşkil olunub. Bu barədə ShimalNews 25 oktyabr tarixində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına (ATAA) istinadən məlumat verir.
Agentliyin Turizm Ekspertlər Klubunun üzvləri Basqal qəsəbəsinin tarixi-memarlıq abidələrini ziyarət edib, aqro-eko turizm təsərrüfatlarında yaradılmış məhsullara baxış keçirib, eləcə də yerli şərab zavodunun fəaliyyəti və hotellərdən birinin yerləşmə və imkanları ilə yaxından tanış olublar.