Xaçmazda şəhid Elnur Rüstəmovun qırx mərasimi keçirilib. Bu barədə ShimalNews 24 oktyabr tarixində Azərtac-a istinadən məlumat verir.
Əbilyataq kəndində sakinlər və dövlət qurumlarının nümayəndələri şəhidimizin ailəsinə başsağlığı vermək üçün toplanıblar. Burada icra başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Baş gizir Elnur Rüstəmov sentyabr ayında erməni təxribatının qarşısını alarkən 33 yaşında şəhidlik zirvəsinə ucalıb.
Bu döyüşlərdə ordumuzun 282 hərbi qulluqçusu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 43 nəfər ilkin tibbi yardım göstərildikdən sonra ordu sıralarına qayıdıb. Şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı isə 80 nəfər olub.