Xaçmazın universal döyüş idman növü üzrə idmançıları Avropa çempionu olublar. Bu barədə ShimalNews 24 oktyabr tarixində Xaçmaz Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Qəzənfər Namazov (90 kq) və Təbriz Seyidov (85 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Onlar milli yığma komandanın tərkibində 17-23 oktyabr tarixlərində Türkiyənin Antalya şəhərində Avropa çempionatında iştirak ediblər.
