Xaçmaz Uşaq-Gənclər İdman-Şahmat Məktəbində oğlan və qızlar arasında keçirilən şahmat üzrə turnirin qalibləri mükafatlandırılıblar. Bu barədə ShimalNews 24 oktyabr tarixində Xaçmaz rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş rayon birinciliyində 70-ə qədər şahmatçı iştirak edib.
Birincilik 4 yaş qrupunda təşkil olunub. Nəticələrə əsasən, müvafiq yaş qrupları üzrə I, II və III yeri tutan şahmatçılara rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.