Qusar rayonu, Çiləgir kəndində istehsal olunan məhsullar brendə çevriləcək. Onların daxili və xarici bazara çıxarılması üçün layihə həyata keçiriləcək. Bu barədə ShimalNews 24 oktyabr tarixində məlumat verir.
Bunu Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının sədr müavini Fərhad Aşurbəyli Milli Kulinariya Konqresində çıxışı zamanı deyib. Onun sözlərinə görə, yaxın zamanda layihə BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçiriləcək.
Eləcə də fermerlər üçün mühit yaradılacaq ki, hotellərlə birbaşa əlaqə qursunlar. İlk olaraq “Şahdağ” hoteli ilə danışıqlar aparıb, bu pilot layihəyə start veriləcək.