Qubada məktəblilərin iştirakı ilə futbol liqasına start veriləcək. Bu barədə ShimalNews 24 oktyabr tarixində Açıq Əyləncəli Məktəbli Futbol Liqasına istinadən məlumat verir.

Turnir ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar təşkil olunacaq. Noyabr ayında start götürəcək turnirdə Azad Məmmədov adına 2 nömrəli Təbiət fənləri təmayüllü məktəb-liseyin VIII-XI sinif şagirdlərinin iştirakı ilə 8 komanda mübarizə aparacaq.

21 turdan sonra ilk dörd yeri tutan komandalar yarımfinal mərhələsinə yüksələcək. Turnirin final qarşılaşması isə 10 may 2023-cü il tarixində baş tutacaq.

Bütün oyunlar yalnız bazar günləri keçiriləcək.