Xaçmazlı futbolçu qızlar Latviyada keçiriləcək çempionatda iştirak edəcəklər. Bu barədə ShimalNews 22 oktyabr tarixində Xaçmaz Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində mübarizə aparacaq.

Milli komandamızın üzvləri olan Ülviyyə İslamova, Vahidə Əlipaşayeva və Aydan Əkbərova seçiliblər. Onlar Xaçmazın qızlardan ibarət “İnter Xaçmaz” futbol komandasının oyunçularıdırlar.

Yarış 23 oktyabr saat 20:00-da baş tutacaq.