Qusarlı yazar Məhbubə Ağayevanın 55 illik yubileyi ilə əlaqədar oxucularla görüş keçirilib. Bu barədə ShimalNews 20 oktyabr tarixində Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə istinadən xəbər verir.

Tədbirdə yerli yazarlar Vaqif Hacağayev, Ceyhun Ağabəyov, Tahirə Laçın, Rimma Hacımuradova, Cavid Tahirov, Əncam Vələdov, gənc bəstəkar Viktor Hacağayev, pedaqoq-publisist Telman Mirzəxanov, yazıçı-publisist Sona Həsənli, ziyalı İskəndər Rüstəmov, kitabxana işçiləri, yazarın ailə üzvləri və oxucular iştirak ediblər.

Təbriklərdən sonra yubilyar öz şeirlərini oxuyub, yaradıcılıq planları barədə danışıb, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Sonra isə tədbir çay süfrəsi arxasında davam edib.